Bir yaşlı körpənin beynindən doğulmamış əkizi çıxarıldı - FOTO

11:24 - 10 Mart 2023

Bir yaşlı körpənin beynindən doğulmamış əkizi çıxarıldı - FOTO

Çində bir yaşlı körpənin beynindən əməliyyatla əkizi olan döl çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu hadisə, məlum tarixdə yalnız bir neçə dəfə qeydə alınmış tibbi anomaliyadır.

Körpənin beyin əməliyyatı Şanxaydakı Fudan Universitetinin həkimləri tərəfindən aparılıb.

Tibbi ədəbiyyatda bu halla ilk dəfə rastlaşılmasa da, həkimlər bunun son dərəcə nadir hal olduğunu bildirirlər.

Körpənin kəlləsinin gözləniləndən böyük olduğu və onun motorikasında problem olduğu üçün xəstəxanaya gətirildiyi bildirilib. Motorika bacarıqları iməkləmə, ayaqda durma, yerimə, qaçma, yellənmə, dönmə, fırlanma, atlama və tarazlıq kimi hərəkətləri təmin edir.

Körpənin kəlləsini müxtəlif görüntüləmə üsulları ilə araşdıran tədqiqatçılar onun beyninin sıxıldığını və mayenin yığıldığını aşkar ediblər.

Sonrakı araşdırma nəticəsində məlum olub ki, ana bətnində olarkən körpənin əslində əkizi olub, lakin ikinci körpə kifayət qədər inkişaf edə bilmədiyi üçün bacısının beyninin içərisində ilişib qalıb.

Manşet.az



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin