Caliber.Az-ın 2 yaşı tamam olur

11:20 - 10 Mart 2023

Caliber.Az-ın 2 yaşı tamam olur

Bu gün Caliber.Az informasiya-analitik portalının iki yaşı tamam olur. Sayt 10 mart 2021-ci ildə fəaliyyətə başlayıb.

 

Caliber.Az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.

İki il o qədər də uzun müddət olmasa da, Caliber.Az bu qədər qısa müddətə həm Azərbaycanda, həm də xaricdə nəinki oxunaqlı, həm də hörmətli, istinad edilən sayta çevrilib. İki il ərzində onlar dörd mindən çox analitik məqalə, müsahibə və reportaj hazırlayıblar.

Manset.az xəbər portalının kollektivi Caliber.az-ı təbrik edir və onlara böyük uğurlar arzulayırıq!


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin