44 saniyəyə 5 kiloqram qızıl oğurladılar - ANBAAN VİDEO

10:38 - 10 Mart 2023

44 saniyəyə 5 kiloqram qızıl oğurladılar - ANBAAN VİDEO

Türkiyənin Tuzla rayonunda baş verən oğurluq hər kəsi təəccübləndirib. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, avtomobillə rayonun Aydınlı məhəlləsinə gələn 4 naməlum şəxs qızıl dükanından oğurluq ediblər. 

Onlar 5 kiloqram zinət əşyası və 300 min lirə (26 900 AZN) götürərək dükandan qaçıblar.

Baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kamerası tərəfindən anbaan görüntülənib. Sözügedən şəxslərin qızılı və pulu cəmi 44 saniyəyə oğurladıqları məlum olub. 

Polis oğruların 3-nü həbs edib. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin