Çində prezident seçkilərinin qalibi bəlli oldu - FOTO

10:10 - 10 Mart 2023

Çində prezident seçkilərinin qalibi bəlli oldu - FOTO

Çin lideri Si Cinpin Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən prezident seçilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pekində keçirilən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin (UXK) 14-cü dövrünün 1-ci Baş Assambleyasında yeganə namizəd olan Si, nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib.

Qurultayda Han Cing vitse-prezident, Cao Lici isə parlamentin spikeri seçilib.

Xi, Cao və Han and içərək vəzifələrinə başlayıblar.

2013 və 2018-ci illərdə iki dəfə prezident seçilən və 10 il bu vəzifədə olan Si 5 illik müddətə yenidən seçilərək Çin Xalq Respublikasının tarixində üçüncü dəfə prezident postunu tutan ilk şəxs olub.

O, həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.

Manşet.az



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin