Radarlardan itən təyyarə 43 gün sonra tapıldı - 6 nəfər öldü

23:20 - 9 Mart 2023

Radarlardan itən təyyarə 43 gün sonra tapıldı - 6 nəfər öldü

Filippində  43 gün əvvəl yoxa çıxan təkmühərrikli “Cessna 206” tipli təyyarənin qalıqları aşkar edilib.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, yanvarın 24-də ölkənin İzabela bölgəsindəki Cauayandan eyni bölgədəki Maconacon istiqamətində havaya qalxan, lakin bir daha xəbər alınmayan təyyarənin axtarışı təlim görmüş itlər ilə davam etdirilib. Axtarış zqmanı bir pilot və 5 sərnişinin cəsədi tapılıb.

İsabela Fəlakətlərə Müdaxilə Bürosu səlahiyyətliləri əlverişsiz hava şəraiti və bölgənin dağlıq təbiəti səbəbindən axtarış işlərinin həftələrlə davam etdiyini bildirib.

Qeyd edək ki, martın 1-də içərisində 5 nəfərin olduğu Filippində yoxa çıxan tibbi helikopter də hələ tapılmayıb.

Jalə

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin