Yunanıstanın XİN rəhbəri Türkiyə ilə yaxınlaşmadan danışdı - Bu hadisələr...

23:00 - 9 Mart 2023

Yunanıstanın XİN rəhbəri Türkiyə ilə yaxınlaşmadan danışdı - Bu hadisələr...

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyədə baş verən zəlzələlər və Yunanıstandakı qatar qəzasından sonra münasibətlərin normallaşması üçün iki ölkə arasındakı müsbət atmosferin qiymətləndirilməsini istədiklərini bildirib.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Dendias və Yunan Kipr Administrasiyasının (KKİ) xarici işlər naziri Konstantinos Kombos Afinada görüşüb.

Keçirilən mətbuat konfransında Dendias xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Kahramanmaraşdakı zəlzələdən və Yunanıstanda baş verən qatar qəzasından sonra yaxın ünsiyyətə diqqət çəkərək, Dendias bildirib ki, “Türkiyə və Yunanıstanda baş verən faciəvi hadisələr iki toplumu daha da yaxınlaşdırıb.

Bu atmosferin siyasi müstəvidə qorunub qorurmayacağı  ilə bağlı bir nəticəyə gəlmək üçün hələ tez olduğunu bildirən Dendias qeyd edib ki, bunu münasibətlərin normallaşması üçün dəyərləndirmək lazımdır: "Bunun da həll səylərinə müsbət təsir edəcəyinə inanıram".

Dendias Türkiyənin mövqeyinin Kipr probleminin ikitərəfli həlli üçün əsas parametr olduğunu müdafiə edib.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin