Sahibə Qafarova Xuon Sudarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

22:37 - 9 Mart 2023

Sahibə Qafarova Xuon Sudarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Milli Assambleyasının sədr müavini Xuon Sudarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat bildirilib. Parlamentin sədri bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Milli Assambleyanın nümayəndə heyətinin X Qlobal Bakı Forumunda iştirakına toxunan Sahibə Qafarova bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş bu tədbir dünyadakı aktual çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib.

Sahibə Qafarova Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun Bakıda keçirilən birinci konfransı, təşkilatın institusional inkişafı üçün görülən işlər haqqında da danışıb.

X Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirən Xuon Sudari Kamboca ilə Azərbaycanın hökumətlərarası və parlamentlərarası əlaqələrindən danışıb, iki ölkənin parlamentləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin