Latviya bu avtomobilləri Ukraynaya göndərir

21:59 - 9 Mart 2023

Latviya bu avtomobilləri Ukraynaya göndərir

"Latviya sərxoş sürücülərdən müsadirə edilən avtomobilləri yardım kimi Ukraynaya göndərir"

 

Manset.az-ın BBC-yə istinadən xəbərinə görə, fevral ayında Latviya parlamentində qəbul edilən plana əsasən, qanuni həddən artıq spirtli içki idarə edən sürücülərin dövləti tərəfindən ələ keçirilən avtomobillər döyüş yardımı olaraq Ukraynaya göndəriləcək.
İlk olaraq ümumi dəyəri 18500 avro olan 8 avtomobil ölkənin paytaxtı Riqadakı dayanacaqdan Ukraynaya yola düşüb.
Latviya hakimiyyəti bu avtomobilləri Ukraynaya yardım çatdıran qeyri-hökumət təşkilatı vasitəsilə göndərmək qərarına gəlib.

Bu maşınlar Ukraynadakı ordu və xəstəxanalara veriləcək.

Ukraynaya həftədə ən azı 20 avtomobilin göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 1,9 milyonluq Latviya əhalisinin dörddə biri rus mənşəlidir.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin