İspaniyada mədən faciəsi: 3 işçi həlak oldu

21:08 - 9 Mart 2023

İspaniyada mədən faciəsi: 3 işçi həlak oldu

İspaniyanın şərqindəki Barselona şəhərinin Suriya rayonundakı kalium mədənində fəlakət baş verib. 

 

Bu barədə Manset.az Tgrt Haber-ə istinadən xəbər verir ki, 900 metr dərinlikdə baş verən qəzada ən azı 3 işçi həyatını itirib.

İspaniyanın Kataloniya muxtar administrasiyasının polis və yanğınsöndürmə idarəsinə əsaslanan məlumata görə, ICL Iberia şirkətinə məxsus mədəndə 09:00 (TÜİK 11:00) radələrində potasyumda baş verən çökmə nəticəsində içəridə qalan ən azı 3 mədən işçisi həyatını itirib. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər,  polis və təcili yardım maşınları və xilasedi itlər cəlb olunub.

Bildirilib ki, qəzada dünyasını dəyişənlərin yaxınlarına dəstək olmaq üçün hadisə yerinə psixoloqlar da göndərilib.

Kataloniyanın muxtar administrasiyasının rəhbəri Pere Araqones qəzada həlak olan işçilərin ailələrinə başsağlığı verib. Yerli hökumətin daxili işlər və əmək nazirləri dərhal bölgəyə gedib.

Həmçinin 2013-cü ildə eyni mədəndə baş verən qəzada 2 nəfərin öldüyü paylaşılıb.

Bildirilib ki, Suriyadakı hadisə son illərdə Kataloniyada mədənlərdə baş verən ən böyük qəzadır.

Jalə

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin