Nazirlik Xalq artistinin durumu ilə bağlı məlumat yaydı

20:45 - 9 Mart 2023

Nazirlik Xalq artistinin durumu ilə bağlı məlumat yaydı

Bir müddətdir müalicə alan Xalq artisti Ənvər Həsənova yardım ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

"2023-cü il martın 9-da Xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - nazirliyin açıqlamasında bildirib.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin