Çexiyanın yeni prezidenti and içdi

18:45 - 9 Mart 2023

Çexiyanın yeni prezidenti and içdi

Martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə ČT24 kanalı məlumat yayıb.

"Mən Çexiyaya sədaqətlə and içirəm. Onun Konstitusiyasına və qanunlarına əməl etməyi öhdəmə götürürəm. Bütün xalqın rifahı naminə, biliyim və vicdanım daxilində vəzifələrimi yerinə yetirmək üçün şərəfimə and içirəm", - yeni prezident deyib.

Pavel and içdikdən sonra çıxışında bildirib ki, o, tezliklə fəaliyyətinin ilk 100 günü üçün konkret hədəf planını dərc edəcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin