Aparıcı Vüsalə Əlizadə yoldan şikayətlənib.
Manset.az xəbər verir ki, bununla bağlı şəxsi instaqram hesabında video paylaşan Əlizadə, yolların tez-tez təmir olunmasından və bunun şəhərdə uzun müddətli tıxac yaratmağından narazılıq edib:
"Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi. Onsuz da stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir? Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq".