Qatar avtobusla toqquşdu – Ölü və yaralılar var

16:53 - 9 Mart 2023

Qatar avtobusla toqquşdu – Ölü və yaralılar var

Nigeriyanın Laqos şəhərində qatarla avtobus toqquşub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza nəticəsində 3 nəfər ölüb.

Laqos Dövlət Yol İdarəetmə İdarəsinin İctimaiyyətlə Əlaqələr Direktoru Adebayo Taofiq verdiyi açıqlamada, avtobusun həmsəviyə keçidində qatarla toqquşduğunu söyləyib.

O, qəzada ilk təsbitlərə görə 3 nəfərin öldüyünü, çox sayda insanın da yaralandığını qeyd edib.

Hadisə yerinə yanğınsöndürənlər göndərilib və 15 nəfər xilas edilib.

Taofiq yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduğunu bildirib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin