Səudiyyə Ərəbistanından MÜBAHİSƏLİ QƏRAR - Namaz qısaldıldı

16:22 - 9 Mart 2023

Səudiyyə Ərəbistanından MÜBAHİSƏLİ QƏRAR - Namaz qısaldıldı

Səudiyyə Ərəbistanı administrasiyası Ramazan ayı ərzində tətbiq olunacaq qadağaları və tədbirləri açıqlayıb. Tədbirlərə mübahisələrə səbəb olan Ramazan ayında namazın qısa qılınması kimi qərar da daxil edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif bin Əbdüləziz Əl-Şeyx tərəfindən imzalanan bəyanatda Ramazan ayında həyata keçiriləcək bir sıra qadağalar və tədbirlər yer alıb.

Dərc edilmiş bəyanatda yer alan bəzi təlimatlar aşağıdakılardır:

- Namazları qısa tutmaq

- Məscidlərdə şəkil çəkdirməmək, namazları canlı yayımlamamaq

- Səudiyyə Ərəbistanı vətəndaşı olmayanlar üçün zamin tələb edilməsi, İtikafa girəcək şəxslərin şəxsiyyət vəsiqələrinin istənilməsi

- Məscidlərdə iftar üçün ianə yığılmaması

- Məscidlərdə iftar verilməməsi

- “Namaz qılanları narahat etməmək üçün” uşaqları məscidlərə gətirməmək.

Vəliəhd şahzadə Məhəmməd bin Salman özünün “Vizyon 2030” proqramı çərçivəsində ölkənin neftdən asılı iqtisadiyyatını inkişaf etdirməyi və sosial islahatlar həyata keçirərək Səudiyyə Ərəbistanının “simasını dəyişdirməyi” hədəfləyir.

Manşet.az


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin