ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki kafedə 2 gənc müsahibə apararkən ölümdən dönüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gənclərin müsahibəsi zamanı sürətlə gələn avtomobil onların oturduğu kafenin pəncərəsinə çırpılıb. Zərbənin təsirindən gənclərdən biri irəli atılıb.
Hyuston polisinin sözçüsü Con Cannon verdiyi açıqlamada, qəzada ölən və yaralanan olmadığını, işıqforun qırmızı işığında keçən avtomobilin başqa bir avtomobilə çırpılaraq kafeyə girdiyini bildirib.
Manşet.az