Həbs edilmək üçün əl atdığı yol hər kəsi şoka saldı - VİDEO

15:32 - 9 Mart 2023

Həbs edilmək üçün əl atdığı yol hər kəsi şoka saldı - VİDEO

ABŞ-ın Yuta ştatında soyğunçuluq üçün banka gələn şəxs kassirdən 1 dollar aldıqdan sonra polisə zəng etməsini istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis idarəsindən verilən açıqlamada 65 yaşlı Donald Metyu Santakrosun banka girərək kassirdən 1 dollar tələb etdiyi və polis tərəfindən saxlanılmasını gözlədiyi bildirilib.

Daha sonra hadisə yerinə gələn polis Santrakrosu saxlayıb.

Həbs hesabatında, "Donald bunu həbs olunmaq və federal həbsxanaya getmək istədiyi üçün etdiyini, əgər həbsdən çıxarsa, başqa bir bankı soyacağını və daha çox pul istəyəcəyini, bu dəfə federal həbsxanaya getmək məqsədini həyata keçirəcəyini söylədi” – ifadələri yer alıb.

ABŞ-da bir çox insan küçədə qalmaqdansa, sadə cinayətlərə görə həbsxanaya getməyi üstün tutur.

Xüsusilə işsiz və tibbi sığortası olmayan yaşlı insanlar bu üsuldan istifadə edirlər.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin