"Bavariya" tarixində 21-ci dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Manset.az xəbər verir ki, Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda ötən gecə 1/8 finalın cavab görüşündə PSJ-yə qalib gəlib - 2:0. Münhen təmsilçisi ilk oyunda da Fransa klubunu üstələyib - 1:0. İki oyunu cəmində "Bavariya" 3:0 hesablı qələbə ilə 1/4 finala adlayıb.
"Opta"nın yaydığı məlumata görə, ümumilikdə "Bavariya" 21-ci dəfə bu mərhələyə yüksəlməyi bacarıb. Belə nəticə isə ÇL tarixində rekorddur.
Həmçinin, "Bavariya" Çempionlar Liqasında son 4 oyunu qol buraxmadan tamamlayıb ki, bu da klub rekordunun təkrarıdır.