NASA-dan xəbərdarlıq: Yer ilə toqquşa bilər

13:52 - 9 Mart 2023

NASA-dan xəbərdarlıq: Yer ilə toqquşa bilər

Elm dünyası “2023 DW” adlı nəhəng meteoritdən danışır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk dəfə fevralın 27-də aşkar edilən 2023 DW adlandırılan asteroidin diametrinin təxminən 50 metr olduğu təxmin edilir.

Asteroidi diqqətlə araşdıran ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) 2023 DW üçün kritik xəbərdarlıq edib.

2023 DW agentliyin Yerlə toqquşma ehtimalı sıfırdan çox olan kosmik obyektləri ehtiva edən "Risk Siyahısı"nda birinci yerdədir. Sözügedən asteroid 23 il sonra Sevgililər Günündə Yerə düşə bilər.

Onun 14 fevral 2046-cı ildə Yerə çox yaxınlaşacağı gözlənilir. NASA-nın Planet Müdafiə Koordinasiya Ofisinin rəsmilərinə görə, 2023-cü ildə planetimizə DW-nin düşmə ehtimalı 600-də 1-dir.

Risk olduğunu bildirən ekspertlər buna baxmayaraq, bu ehtimalın kifayət qədər aşağı olduğunu vurğulayırlar.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin