“Tullantıları tinglərə dəyiş” aksiyası bu dəfə Sumqayıtda keçirildi - FOTOLAR

13:16 - 9 Mart 2023

“Tullantıları tinglərə dəyiş” aksiyası bu dəfə Sumqayıtda keçirildi - FOTOLAR

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaq məqsədilə “Bir ağac-min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Sumqayıt şəhərində yerləşən “Araz” marketin qarşısında keçirilib.

 

Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Araz supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 245 ədəd işlənmiş batareya, ümumi tutumu 180 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Keçirilən aksiyada Sumqayıt şəhər, N.Tusi adına 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri də iştirak edərək yığdıqları işlənmiş batareyaları təhvil veriblər. 

Hər kəsi bu aksiyalarda fəal iştirak edərək ağac əkməyə, qorumağa, tullantıların sayının azaldılmasına və təkrar emalına dəstək olmağa çağırırıq.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin