Rusiya gecə saatlarında 7 rayonun enerji infrastrukturuna hücum etdi - Ukrayna

12:12 - 9 Mart 2023

Rusiya gecə saatlarında 7 rayonun enerji infrastrukturuna hücum etdi - Ukrayna

Ukraynanın Energetika Nazirliyi Rusiyanın bu gecə Ukraynanın 7 bölgəsindəki enerji obyektlərinə hücum etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada, bu gecə Rusiyanın Ukraynanın enerji infrastrukturuna növbəti “barbar hücumu” həyata keçirdiyi bildirilib.

Açıqlamada, "Hücumlar nəticəsində Zaporojye Atom Elektrik Stansiyasını qidalandıran son xətt zədələnib. Hazırda stansiya dizel generatorları ilə işləyir" - ifadələrindən istifadə edilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin