"Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz, həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik".
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan virusa qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına təqribən 10 milyon dollar yardım göstərib.