İsrailli tərcüməçi Netanyahuya tərcümə etməkdən imtina etdi

10:04 - 9 Mart 2023

İsrailli tərcüməçi Netanyahuya tərcümə etməkdən imtina etdi

İtaliyalı təmasları zamanı İsrailin Baş naziri Binyamin Netanyahuya tərcüməçilik etməsi tələb edilən israilli tərcüməçi Olqa Dalia Padua bu tələbi rədd edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Padua sosial verdiyi açıqlamada, "Netanyahunun İtaliyaya səfəri zamanı məndən tərcüməçi kimi fəaliyyət göstərməyim istənildi. Uzun müddət düşündükdən sonra bu tələbi rədd etməyə qərar verdim" – deyib.

O, Netanyahunun mətbuat ofisinə müraciət edərək deyib:

"Martın 9-da Binyamin Netanyahunun tərcüməçisi olmağımı tövsiyə etdiyiniz üçün təşəkkür edirəm. Təəssüf ki, imtina etməli oldum. Netanyahunun siyasi baxışları ilə razı deyiləm, onun rəhbərliyini İsrail dövlətində demokratiya üçün ən təhlükəli liderlik kimi görürəm".

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin