Türkiyəli məşhur aktyor Kerem Bürsin təcili olaraq xəstəxanaya yerləşdirilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, şiddətli ağrılardan şikayətlənən aktyorun müayinələrdən sonra belində yırtıq olduğu aşkarlanıb. Bu səbəblə də əməliyyat olunub.
Keremin yaxın zamanlarda yeni layihələrinə start verəcəyi gözlənilirdi.
Əməliyyatı uğurla keçən Bürsinin hazırda səhəhtinin yaxşı olduğu bildirilib.
O bir müddətdən sonra çəkilişlərə başlayacaq.