Quba sakinini Bakıda avtomobil vuraraq öldürdü

19:48 - 30 Avqust 2021

Quba sakinini Bakıda avtomobil vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Füzuli rayon sakini T.Mirzəyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Quba rayon sakini Fərid Qayıbovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

APA


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin