Zelenski Gürcüstandakı etirazları dəstəkləyib - FOTO

09:00 - 9 Mart 2023

Zelenski Gürcüstandakı etirazları dəstəkləyib - FOTO

“Bütün ukraynalılar Tbilisidəki kütləvi etirazlar fonunda Gürcüstana demokratik uğurlar və Avropaya inteqrasiya məsələsində irəliləyiş arzulayırlar”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski bildirib.

“Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə sizə təşəkkür edirəm. Bu, Ukraynaya hörmətdir və mən Gürcüstana səmimi hörmətimi bildirirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımızın uğurunu arzulamasın. Demokratik uğur. Avropa uğurları”, - deyə Zelenski bildirib.

O, əlavə edib ki, Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqının bir hissəsi olmaq istəyir və bu, mütləq baş verəcək: “Çünki Avropanın bütün azad xalqları Avropaya inteqrasiyaya layiqdirlər”.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin