Dünyanın ən yaşlı qadını vəfat etdi - FOTO

00:50 - 9 Mart 2023

Dünyanın ən yaşlı qadını vəfat etdi - FOTO

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrika Respublikasından olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib. 

 

Manset.az xəbər verir ki, o, Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib. 

Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. 

Qeyd edək ki, Mazibuko 1894-cü ildə anadan olub. O, bir neçə ay əvvəl jurnalistlərə açıqlamasında dediyi "Yaşamağın nə mənası var? Mən burada heç nə etmədən otururam" sözlərilə dünya gündəminə düşməyi bacarmışdı. 



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin