Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

16:35 - 8 Mart 2023

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın “Idrw” portalı məlumat yayıb.

Qeyd edilib ki, keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” şirkətinin 155 mm-lik “MArG” haubitsalarının sınağını keçirib.

Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib.

Qeyd edək ki, keçən ilin noyabrında Hindistan mətbuatı Dehlinin Ermənistana 155 mm-lik ATAGS daşınan haubitsaları təklif etdiyini yazmışdı.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin