"Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq" - Azərbaycan Prezidenti

16:13 - 8 Mart 2023

"Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq".

 

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir: "Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin