"BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq var" - Migel Anxel Moratinos

15:15 - 8 Mart 2023

"BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmaslar həyata keçirilir".

 

Manset.az xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevlə görüşündə deyib.

Alyansın fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkür edən ali nümayəndə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Vurğulayıb ki, bu Mərkəz artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış edir.

Qonaq həmçinin Alyansın “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu xüsusda da Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin