Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü

14:35 - 8 Mart 2023

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşdü

Martın 8-də Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.

Prezident Jose Ramos Hortanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin