İran Prezidenti Türkiyəyə səfər edəcək

13:36 - 8 Mart 2023

İran Prezidenti Türkiyəyə səfər edəcək

“İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək".

 

Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, səfərin əvvəlcədən planlaşdırıldığını xatırladıb: “Ancaq səfər Türkiyədə baş vermiş zəlzələyə görə təxirə salındı. Ümid edirəm ki, yaxın vaxtlarda Prezident İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında səmərəli görüş olacaq”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin