"Bəzən valideynlər çöpçüyə müraciət edirlər. İnkar etməyəcəm, bəzən çıxarırlar. Yad cisimi burundan üfürməklə çıxarmaq mümkündür".
Manset.az xəbər verir ki, bu sözləri Real TV-yə həkim Kamil Süleymanov bildirib.
"Lakin bəzən valideynlər deyir ki, uşağın boğazından böyük ət parçası çıxarılıb. Eyni zamanda iri ölçülü meyvə çərdəyinin çıxarıldığını da deyənlər olur. Bu, qeyri-real görsənir",-deyə həkim əlavə edib.