“Ölkədə nüvə silahı yerləşdirilməyəcək” - İsveç XİN

09:48 - 8 Mart 2023

“Ölkədə nüvə silahı yerləşdirilməyəcək” - İsveç XİN

İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström bildirib ki, ölkə NATO-ya daxil olduqdan sonra krallıq ərazisində nüvə silahı yerləşdirilməyəcək.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, İsveç hökuməti “digər şimal ölkələrinin mövqeyinə əməl edəcək”.

Bildirilir ki, xarici işlər naziri açıqlamasında nüvə silahının da yerləşdirilmədiyi Norveç və Danimarkanı nəzərdə tutub.

Qeyd olunub ki, hökumət tezliklə NATO ilə bağlı İsveçin yeni qanununu təqdim edəcək. Bu qanunda vurğulanır ki, Stokholm “sülh dövründə İsveç ərazisində nüvə silahı və ya daimi bazalar yerləşdirmək üçün heç bir səbəb görmür”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin