Tbilisidə yenidən etirazlar başladı - Polislə toqquşma

22:13 - 7 Mart 2023

Tbilisidə yenidən etirazlar başladı - Polislə toqquşma

Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

 

Manset.az xəbər verir ki, hazırda polislə etirazçılar arasında toqquşma yaşanır.

Məlumata görə, əraziyə cəlb olunan xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edir. Hadisə yerinə təcili yardım briqadaları da gətirilib.

Parlament binası önünə toplaşan şəxslər qalmaqallı "xarici agentlər" haqqında qanuna etiraz edirlər.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib.

Sözügedən qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin