Çin prezidentindən ABŞ-a qarşı ittiham

21:39 - 7 Mart 2023

Çin prezidentindən ABŞ-a qarşı ittiham

Çin prezidenti Si Cinpin ABŞ-ın digər Qərb ölkələri ilə Çinin inkişafını boğmağa çalışdığını bildirib.

 

Manset.az Sinxua agentliyinə istinadən  xəbərinə görə, Si Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin (CNC) 14-cü Baş Assambleyası çərçivəsində keçirilən paneldə ilk dəfə olaraq qlobal iqtisadi və geosiyasi rəqabətdə birbaşa ABŞ-ı günahlandıran ifadələrdən istifadə edib.

Çinin inkişafı ilə bağlı xarici şərtlərin sürətlə dəyişdiyini, qeyri-müəyyənlik və gözlənilməzliyin artdığını bildirən Si "Qərb ölkələri ABŞ-ın rəhbərliyi altında Çinə qarşı topdansatış məhdudlaşdırma və təzyiq siyasəti həyata keçirirlər. Bu, inkişafa unikal maneələr yaradır" - deyə bildirib.

Si ilk dəfə olaraq ABŞ və Qərb ölkələrini problemlərə görə məsuliyyət daşıdığını qeyd edərək, risklərin və çətinliklərin gələcəkdə artacağını və şiddətlənəcəyini gözlədiklərini vurğulayıb.

Jalə

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin