BMT Baş katibi Ukraynada səfərdədir

18:44 - 7 Mart 2023

BMT Baş katibi Ukraynada səfərdədir

BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.

Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.

Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin