SON DƏQİQƏ: Azərbaycanda idmançıları daşıyan avtobus qəzaya düşdü - YARALILAR VAR (FOTO)

14:20 - 7 Mart 2023

SON DƏQİQƏ: Azərbaycanda idmançıları daşıyan avtobus qəzaya düşdü - YARALILAR VAR (FOTO)

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Kamaz"la toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /unikal



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin