Bu addım müharibə elanı hesab ediləcək – Şimali Koreya AÇIQLADI

12:39 - 7 Mart 2023

Bu addım müharibə elanı hesab ediləcək – Şimali Koreya AÇIQLADI

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq bəyan edib ki, ABŞ-ın ölkəsinin raket sınaqlarına mane olması müharibə elanı sayılacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Yo-jonq Koreya yarımadasında birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreyanın öz ölkələrinə qarşı istənilən cəhdinə “cavab verməyə” hazır olduqlarını qeyd edib.

Şimali Koreyanın raket sınaqlarının ABŞ-ın yurisdiksiyasından kənarda olduğunu deyən Kim, “Qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən açıq sularda və havada apardığımız strateji silah sınaqlarımıza hərbi cavab Şimali Koreyaya qarşı “müharibə elanı” kimi qiymətləndiriləcək” -bəyan edib.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada yarımadada şiddətli fiziki qarşıdurma ola biləcəyi xəbərdarlığı edilib və ABŞ-dan Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimləri dayandırmağa çağırılıb.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin