BMT bu tarixdə Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

18:15 - 30 Avqust 2021

BMT bu tarixdə Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstandakı vəziyyətlə bağlı iclas keçirəcək.

Manşet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin paylaşdığı işlər qrafikində qeyd olunub.

İclas avqustun 30-u Bakı vaxtı ilə 23:00-a təyin olunub.

Daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş BMT TŞ-nin daimi üzvləri olan ölkələrin nümayəndələri ilə Əfqanıstandakı vəziyyəti müzakirə etmək planlarını açıqlamışdı. Fransa Prezidenti Emmanuel Makron da məsələ ilə bağlı BMT TŞ-nin iclasının keçirilmə planlarının olduğunu bildirmişdi.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin