Səsdən 8 qat sürətli hipersəs ballistik raketlər istehsal edirik - İran

11:24 - 7 Mart 2023

Səsdən 8 qat sürətli  hipersəs ballistik raketlər istehsal edirik - İran

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri ölkəsinin hərəkətdə olan dəniz maşınlarını məhv edə bilən ballistik raketlər istehsal etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən Baqeri, "İran bu cür raketləri istehsal etməklə bu raketlərə sahib olan 3 ölkədən biri oldu" – deyib.

Sözügedən ballistik raketin sürəti 8 mach (səs sürətinin 8 qatı) və mənzili 1500 kilometrdir.  Baqeri belə bir raketin olmasının ölkə ətrafında dənizlərdə 1000 kilometrə qədər radiusda təhlükəsizlik zonası yaradacağını bildirib.

Raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşılmayıb.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin