Yüzlərlə xristian "qiyamət" qorxusundan bu ölkəyə qaçdı

11:15 - 7 Mart 2023

Yüzlərlə xristian

Uqandadakı Məsihin Həvariləri Kilsəsinə bağlı Şərqi Afrika ölkələrindən olan yüzlərlə xristian “qiyamət” qorxusundan Efiopiyaya qaçıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis sözçüsü bildirib ki, yüzlərlə uqandalı xristian qiyamətin qopacağı və bölgələrinə təsir edəcəyi qorxusu ilə Efiopiyaya gedib.

Onun sözlərinə görə, təriqət üzvləri qiyamətdən sonrakı Efiopiyada həyatın yenidən başlayacağına inanırlar.

Adı çəkilən təriqət mənsublarının Efiopiyaya köçməzdən əvvəl bütün mal varlıqlarını satıblar.

Mövzuyla əlaqədar araşdırma başladılıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin