Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi - FOTO

10:24 - 7 Mart 2023

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıdı, həbs edildi - FOTO

Masallıda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən şəxs tutulub.

 

Manset.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün yol polisi tərəfindən saxlanılıb. Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin