Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO

08:53 - 7 Mart 2023

Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası bu dəfə Şirvan şəhərində keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Ənənəyə uyğun olaraq Salyan RQİİ-nin rəisi Azər Musayev çıxış edərək tədbiri açıq elan edib. A. Musayev abonentlərin müraciətləri sayəsində qaz təchizatındakı problemləri aşkara çıxarmağın daha asan olduğunu bildirib. Bu məqsədlə mikrofonu aksiya iştirakçılarının ixtiyarına verib. Natəvan Əliyeva fərdi yaşayış evinin önündə qapı keçidinin quraşdırılmasını xahiş edib. Şəhərin 140 mənzilli bina sakinləri adından çıxış edən Yaqub Alışov qaz xətlərinin yenisi ilə əvəzlənməsini istəyib. Ünvanlanan 7 müraciətdən 2-si isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO Şirvanda abonentlərin müraciətlərini rəhbər şəxslər qeydiyyata aldı - FOTO


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin