İndoneziyada torpaq sürüşməsi: 11 nəfər ölüb - FOTO

21:00 - 6 Mart 2023

İndoneziyada torpaq sürüşməsi: 11 nəfər ölüb - FOTO

İndoneziyanın Natuna bölgəsində baş verən sürüşmədə ilk təsbitlərə görə 11 nəfər həyatını itirib, onlarla adamdan xəbər yoxdur.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, Milli Fövqəladə Hallar İdarəsi rəsmiləri güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsinin baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər sürüşmə zamanı kənddəki evlərin torpaq qalaqlarının altında qaldığını bildiriblər.

Axtarış-xilasetmə işləri zamanı 11 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Milli Fəlakət İdarəsi Agentliyinin sözçüsü Əbdül Muhari sürüşmənin təsirinə məruz qalan bəzi ərazilərə hələ də çata bilmədiklərini açıqlayıb.

Təxminən 50 nəfərdən xəbər ala bilmədiklərini bildirib.

Jalə

Manşet.az



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin