"Azərişıq" güclü küləyin yaratdığı fəsadların aradan qaldırır

20:25 - 6 Mart 2023

Martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.

 

Bu barədə Manset.az-a "Azərişıq" ASC-dən bildirilib.

Məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb:

"Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq”ın mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir".


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin