WhatsApp Aİ-nin bu qaydalarına əməl etməyə razılaşdı

17:26 - 6 Mart 2023

WhatsApp Aİ-nin bu qaydalarına əməl etməyə razılaşdı

Avropa İttifaqı WhatsApp mobil mesajlaşma və zəng proqramının xidmət şərtlərinə edilən dəyişikliklərlə bağlı daha şəffaf olmağa qərarlı olduğunu bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyası üzv dövlətlərin istehlakçı qurumları ilə WhatsApp arasındakı dialoqdan sonra tətbiqin istifadəçiləri daha yaxşı məlumatlandırmaq və müqavilə yeniləmələri ilə bağlı istifadəçilərin seçimlərinə hörmətlə yanaşmağı qəbul etdiyini açıqlayıb.

“WhatsApp”ın istifadəçilərin qəbul etmədikləri təqdirdə yeniləmələri rədd etmələrini asanlaşdıracağına diqqət çəkən şirkət, yeniləmədən imtina halında da xidmətə girişin dayandırılacağı barədə istifadəçiləri açıq şəkildə məlumatlandıracaq.

Açıqlamada qeyd edilib ki, WhatsApp istifadəçilərin şəxsi məlumatlarını reklam və ya digər məqsədlərlə digər Meta şirkətləri və ya üçüncü şəxslərlə, o cümlədən Facebook-la paylaşmayacaq.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin