Şikəst olan bel yırtığı xəstəsinin Əliosman Qədimbəyli haqqındakı etirafları

17:05 - 6 Mart 2023

Şikəst olan bel yırtığı xəstəsinin Əliosman Qədimbəyli haqqındakı etirafları

45 yaşlı Lənkəran sakini Məmmədov Arif qeyd edir ki, kəskin bel və sağ ayaq ağrısı ilə əlaqədar klinikalardan birinə müraciət edib.

 

Manset.az xəbər verir ki, o L4-5 sağ tərəfi disk yırtığı diaqnozu ilə neyrocərrah tərəfindən əməliyyat olunub. Amma ağrıları getmədiyinə görə əməliyyatdan 1 ay sonra sonra ayaqda zəifləmə yarandığı üçün neyrocərrah Əliosman Qədimbəyliyə müraciət edib.

Professor Əliosman Qədimbəyli xəstəni müayinə etdikdən sonra ikinci dəfə əməliyyata ehtiyacı olduğunu vurğulayıb. Pasiyent ağrıları çox olduğu üçün ikinci dəfə Əliosman Qədimbəylinin yanında Mikrocərrahi əməliyyat olunur və ondan sonra yaxşılaşdığını qeyd edir.

Pasiyent qeyd edir ki, birinci əməliyyatı açıq olub və 1.5 saat davam edib. Amma ikinci əməliyyat isə 15 dəqiqə və tam ağrısız, oyanıq olub. Pasiyent vurğulayır ki, məni yenidən həyata qaytaran həkimim Əliosmana təşəkkür edirəm. Artıq sərbəst gəzə bilirəm.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin