İran Ədliyyəsi bütün ölkədə narahatlıq yaradan qız şagirdlərin zəhərlənmə hadisələri ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Ədliyyə Başçısı Qulamhüseyin Muhsin Ejei, "Bu iş “yer üzündə fitnə-fəsad törətmək” cinayətlərindən biridir. Bu işin günahkarları müəyyən edilib tutulduqda, şübhəsiz ki, qanunda yer alan “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törətdiklərinə görə mühakimə olunacaqlar” - deyib.
İran rəsmisi xüsusilə cinayətkarların və onların işbirlikçilərinin qanunda ən ağır cəza ilə edamını dərhal izləyəcəklərini vurğulayıb.
İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur.
Manşet.az