Xameneyidən zəhərlənən qızlarla bağlı AÇIQLAMA

14:32 - 6 Mart 2023

Xameneyidən zəhərlənən qızlarla bağlı AÇIQLAMA

İranın lideri Əli Xameneyi bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xameneyi çıxışında, “Səlahiyyətlilər məsələ üzərində işləyir, mən bunu bilirəm, tədbirin əhəmiyyətindən çıxış edərək məsələyə ciddi diqqət yetirməlidirlər” – deyib.

O, cəmiyyətdə təşviş və qorxuya səbəb olan bu cinayətin dözülə bilməyəcəyini bildirrərək hadisəyə cinayət şəbəkəsi və ya təşkilati strukturun səbəb ola biləcəyinə işarə edib.

Xameneyi bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədildiyi üçün "böyük cinayət" olduğunu vurğulayıb:

"Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas agentlərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır. Onlara yazığı gəlməməli, cəzaları nümunəvi olmalıdır".

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin