Ronaldu Messini ən yaxşı adlandıran uşağa əslində nə deyib? - VİDEO

14:19 - 6 Mart 2023

Ronaldu Messini ən yaxşı adlandıran uşağa əslində nə deyib? - VİDEO

“Ən-Nəsr”in futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Batin”lə matçın (3:1) fasiləsində paltardəyişmə otağına yollanarkən koridorda azyaşlı azarkeş ona Lionel Messinin ən yaxşı olduğunu deyib. Portuqaliyalı ulduzun ona hansı cavabı verməsi müzakirələrə səbəb olub.

 

Manset.az xəbər verir ki, öncə Kriştianunun - “Elədirsə, get onu izlə”, - dediyi ilə bağlı iddialar ortaya atılıb. Ancaq sonradan məlum olub ki, Ronaldu azarkeşə reaksiya verməyib. Onun əslində portuqalca - “Sadə oyun idi. Lənətə gəlmiş sadə oyun”, - dediyi məlum olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin